İdman 22:38 21.01.2022

"Qarabağ" bir gündə iki dəfə məğlub oldu

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi günün 2-ci qarşılaşmasında Polşa "Şlyonsk"u ilə üz-üzə gəlib. Qarşılaşma "köhlən atlar"ın məğlubiyyəti ilə başa çatıb - 2:3. Ağdam klubunun heyətində Marko Veşoviç (26) və Kadi Borges (80) fərqlənib.
 
Qurban Qurbanovun komandası günün ilk matçında Serbiya təmsilçisi "Baçka Topola" ilə üz-üzə gəlmiş və 0:1 hesabı ilə məğlub olmuşdu.
 
Səbuhi Həsənov