İdman 09:47 07.08.2019

"Qarabağ" "Boka Xuniors"un qapıçısına təklif göndərdi

Çempionlar Liqasında çıxış edən "Qarabağ” qapıçı axtarışlarını davam etdirir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Argentinanın "Boka Xuniors” klubunun qapıçısı Markos Diasa təklif göndərib. Bu barədə "TNT Sports” məlumat yayıb.

33 yaşlı qolkiperin "Qarabağ"ın təklifinə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Markos Dias bu ilin yanvarında "Boka Xuniors”la 1,5 illik müqavilə bağlayıb. O, əvvəllər Argentinanın "Kolon", "Gimnasia y Esgrima" və "Hurakan" klublarında forma geyinib.