İdman 00:01 13.09.2017

"Qarabağ" böyük hesabla məğlub oldu

Oyunda başqa qol vurulmayıb. "Qarabağ" klubu İngiltərənin London şəhərində "Çelsi"yə böyük hesabla məğlub olub.

"Çelsi" növbəti, 6-cı qolu 82-ci dəqiqədə "Qarabağ" klubunun qapısından keçirib. 6:0

71-ci dəqiqədə İngiltərə klubu 4-cü qolu "Qarabağ" klubunun qapısından keçirib. 4:0. 4 dəqiqə sonra, oyunun 75-ci dəqiqəsində "Çelsi" 5-ci qolunu vurub. 5:0

55-ci dəqiqədə İngiltərə komandası 3-cü qolu "Qarabağ" klubunun qapısından keçirib. 3:0

***

Oyunun 29-cu dəqiqəsində "Çelsi" hesabı artırıb: 2-0

***

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab açılıb.

"Qaynarinfo" xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Pedro Rodriguez meydan sahiblərini irəli çıxarıb: 1:0.  

***

Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümünə start veriləcək. "Qaynarinfo" xəbər verir ki, Azərbaycanı ilk dəfə bu turnirdə bir klublar təmsil olunacaq. 

“Qarabağ” klubu qitənin ən nüfuzlu klub turnirində ilk oyununu “Çelsi”yə qarşı keçirəcək. Matçın start fiti Bakı vaxtilə 22:45-də veriləcək. 

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropoulos 

Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos 

Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)

London. “Stemford Bric”

***

Çempionlar Liqasının qrup mərhələsində bir qədər sonra başlayacaq “Çelsi” – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N'Qolo Kante, 11. Pedro Rodriges, 21. Davide Zappakosta, 22. Villian, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (k), 27. Andreas Kristensen, 28. Sezar Aspilikueta

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Qaynarinfo.Az