Qarabağ cəbhəsində nisbi sakitlik – səbəbi nədir?

Qarabağ cəbhəsində nisbi sakitlik – səbəbi nədir?

Artıq son bir neçə gündür ki, cəbhə xəttində nisbi sakitlikdir.

Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında bildirilir.

İyunun 20-də Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda baş tutan görüşün nisbi saklitliyə səbəb olması ehtimalı var.

Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a danışıb.

O bildirib ki, bildirir ki, cəbhə xəttində yaranan gərgin vəziyyətin əsas səbəbi Ermənitsanın baş naziri Nikol Paşinyan idi.

"İyunun 20-də keçirilən görüşlə  cəbhədə hazırki nisbi sakitliyin əlaqəli olduğunu düşünmürəm. Ermənistanın daxili vəziyyətindəki gərginlik yeni mərhələyə keçib. Belə ki, Robert Koçaryanın həbs olunması Ermənistan və Rusiya arasında münasibətlərə də öz təsirini göstərən əsas amildir. Bu baxımdan düşünürəm ki, bu nisbi sakitlik uzun çəkməyəcək, Paşinyan əvvəlki taktikasına qayıdacaq”.

T.Zülfüqarovun sözlərinə görə, taktika ondan ibarətdir ki, daxildəki qarşıdurma xaricə keçiriləcək.

"Yəni, Ermənistan  xaricdə Azərbaycanı düşmən obraz kimi tanıtmaq yolu ilə  daxili gərginliyi azaltmaq, çəkişmələrin qarşısını almaq istəyir. Eyni zamanda Ermənistan tərəfi başa düşür ki, Rusiya ilə münasibətləri bərpa etmək mümkün deyil. Bu baxımdan hərbi əməliyyatların davam etdirilməsi imkan verəcək ki, Rusiyanı kömək etməməkdə günahlandırsınlar.  Yəni bu istəklər, qeyri-stabil vəziyyət davam edəcək”. 
XƏBƏRLƏR
BLOGLAR