İdman 18:35 24.10.2019

“Qarabağ” düşərgəsindən son xəbər - Ciddi itkilər var

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün Bakıda APOEL-lə qarşılaşacaq "Qarabağ”ın heyətində ciddi itkilər var.

Qaynarinfo qol.az-a istinadən xəbər verir ki, zədəsini yenicə sağaltmış Xayme Romero yenidən sıradan çıxıb. Son məşqlərin birində zədələnən ispaniyalı yarımmüdafiəçi bugünkü matçı buraxacaq.

Komandanın aparıcı üzvlərindən olan Mahir Əmrəlinin də oyuna çıxıb-çıxmayacağı bəlli deyil. Bir müddətdir zədədən əziyyət çəkən hücumçunun Nikosiya təmsilçisi ilə görüşün start heyətində yer almayacağı dəqiqdir. Onun sonradan meydana daxil olmağı mümkündür.

Müdafiəçi Abbas Hüseynov da zədəsinə görə Kipr klubu ilə görüşdə iştirak etməyəcək.

Yarımmüdafiəçi Filip Ozobiç və müdafiəçi Faysal Rerrasın isə zədə səbəbindən bu oyunu buraxacağı bəlli idi.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.