Xəbər lenti

İdman 15:05 20.11.2017

"Qarabağ" - "Çelsi" matçını kim idarə edəcək?

"Qarabağ”ın Çempionlar Liqasının V turu çərçivəsində İngiltərə təmsilçisi "Çelsi”yə qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

"Qaynarinfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüş potuqaliyalı hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın referisi Manuel De Souza olacaq. Ona Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->