İdman 22:10 10.04.2018

"Qarabağ"ın Çempionlar Liqasındakı gəliri nə qədər olub?

Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

AzNews.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.