İdman 10:06 04.03.2013

“Qarabağ” – “İnter” oyununda dava: 2 nəfər həbs olundu


Ötən gün “Qarabağ” – “İnter” oyunu başa çatan kimi dava düşüb. Fanat.az xəbər verir ki, iki komandanın futbolçuları dava edib.

Belə ki, komandalar paltardəyişmə otağına yollanarkən “Qarabağ” və “İnter”li oyunçular arasında yumruq davası düşüb. Ətfardakıdarın müdaxiləsindən sonra davanı çətinliklə də olsa, sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, matçın gedişində Rəşad Sadıqovla Robertinyo arasında mübahisə yaranıb. Davanın başlamasına səbəb kimi isə Rəşad Sadıqovun qardaşı Kamran göstərilir. Deyilənə görə, o, oyundan sonra Robertinyonu vurub və bu səbəbdən iki komandanın futbolçuları arasında dava düşüb.

İki nəfər saxlanılaraq, polis şöbəsinə aparılıb. Onlardan biri Kamran Sadıqov olsa da, digərinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Qaynar.info