İdman 18:02 07.06.2019

"Qarabağ" ispan futbolçu ilə yeni müqavilə imzaladı

Ağdamın "Qarabağ" klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il əyalət təmsilçisinin formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb. 

2015-ci ildən "Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, Ağdam klubu bir müddət əvvəl Qara Qarayevlə də müqaviləni yeniləyib.