İdman 13:32 30.03.2018

"Qarabağ" İsrail yığmasının sabiq üzvünü transfer edir

"Qarabağ" İsrailin "Hapoel" (Hayfa) klubunun futbolçusu Nisso Kapilotonu transfer edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir ki, "Qarabağ" rəsmiləri 29 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlar aparmaq üçün bu ölkəyə yollanacaq. Nissonun Azərbaycan çempionuna transfer olmaq ehtimalının yüksək olduğu deyilir. 

Qeyd edək ki, Kapiloto 2016-cı ilin yayında Yerusəlim "Beytar"ından "Hapoel"ə transfer olunub. O, indiyədək Hayfa klubunda 73 rəsmi oyuna çıxıb və 3 qol vurub. 29 yaşlı mərkəz müdafiəçisi əvvəllər İsrailin "Makkabi" (Təl Əviv), "Aşdod", "Hapoel" (Açre), Cənubi Kiprin "Alki" və İsveçrənin "St. Qallen" klublarında top qovub.

Nisso İsrailin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib. Belə ki, o, 2006-cı ildə U-17, 2008-ci ildə U-18, 2006-2008-ci illərdə U-19, 2008-2011-ci illərdə U-21 millilərində çıxış edib.