İdman 16:59 24.07.2018

"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir futbolçunu heyətinə qatıb.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.

Qeyd edək ki, Delarj karyerasına Kamerunun "Union Duala” klubunda başlayıb. Daha sonra "Dunayska Streda” (Slovakiya), "Slovan” (Liberets, Çexiya), "Admira” (Avstriya) və "Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi "Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.