İdman 10:34 12.01.2019

"Qarabağ" "Neftçi"ni Avroliqadan kənarlaşdıran komandaya qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəqiblərindən biri dəyişib. 

Klubdan verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv yanvarın 16-da Özbəkistanın "Paxtakor” komandasının əvəzinə Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Türkiyədəki hazırlıq prosesinin ləğv olunmasıdır.

"Uypeşt" Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi yanvarın 19-da Çexiyanın "Bohemians”, 23-də Polşanın "Piast” və 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək.  ("Report")