İdman 22:20 13.09.2019

"Qarabağ" qapıçısını "Sumqayıt"a göndərib

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən N.Mehbalıyev Azərbaycanın U-17, U-19 və U-21 millilərinə də çağırılıb. (Unikal.org )