Xəbər lenti

Qarabağ qazisinin türk əsgərinə jesti sosial şəbəkələrdə rekord qırır (VİDEO)
Video 12:58 31.01.2018

Qarabağ qazisinin türk əsgərinə jesti sosial şəbəkələrdə rekord qırır (VİDEO)

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Qaynarinfo xəbər verir ki, Qarabağ qazisi müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib: 

"Türk qardaşlarım Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin".

Kamil Musəvinin müraciəti türkiyə mediasında da yayımlanıb və sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. 

Qeyd edək ki, Kamal Musəvi 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->