Video 17:10 07.04.2019

"Qarabağ" Qəbələdə qələbə qazandı (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün "Qəbələ" "Qarabağ"ı qəbul edib. Bu oyunların nəticələri komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir göstərməsə də, hər iki komanda üçün vacib idi. Belə ki, meydan sahibləri qalib gəlsə, xallarını 33-ə çatdıraraq 3-cü pillədəki "Səbail"lə xal fərqini minimuma endirəcəkdi. Amma bunun üçün Bayıl komandasının debütant "Sabah"dan səfərdə xal almaması lazım idi. Bu oyunadək aktivində 48 xal olan "Qarabağ" isə lider "Neftçi" ilə xal fərqini yenidən bərabərləşdirməkdən qələbə qazanmağa məcbur idi.

Görüş maraqlı mübarizə şəraitində keçib və qonaqlar erkən qola sevinib. Belə ki, 3-cü dəqiqədə Donald Gerye ev sahiblərini meydanın mərkəzinə dəvət edib. "Qəbələ" buna 20 dəqiqə sonra Rauf Əliyevin qolu ilə cavab verib. Mübarizəni sonadək davam etdirən "Qarabağ" qələbə qolunu 82-ci dəqiqədə vurub. İkinci yarıda meydana çıxan Araz Abdullayev komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, bu iki komanda arasında 44-cü matç olub. Bu qarşılaşmaların 10-da "Qəbələ", 22-də "Qarabağ" qələbə qazanıb, 12 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi öndədi - 60:40. "Qəbələ” son 5 oyunda rəqibinə uduzb, "Qarabağ” isə artıq 5 oyundu məğlub olmur.
 
Premyer Liqa
2018/19 mövsümü
IV dövrə, XXIII tur

7 aprel
Qəbələ - Qarabağ 1:2
Qollar: Rauf Əliyev, 23 - Donald Gerye, 3. Araz Abdullayev, 82.
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 9. Davit Volkov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 27. Bəhlul Mustafazadə, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Rüstəm Nuruyev, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 77. Samir Qurbanov, 88. Sabien Lilay, 98. Rövlan Muradov.
Baş məşqçi: Zaur Həşimov. 
Qarabağ: 13. Vaqner da Silva, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 77. Donald Gerye, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 94. Nicat Mehbalıyev, 99. Reynaldo Silva.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Qəbələ şəhər stadionu.