Ölkə 23:00 25.06.2019

"Qarabağ" rumınlarla bərabərə qaldı

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ” ikinci yoxlama matçını keçirib.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi "Səbail”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova” (Rumıniya) ilə qarşılaşıb.

Qarşılaşma qolsuz başa çatıb – 0:0.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın "Ufa” və iyulun 2-də Çexiyanın "Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.