İdman 20:28 17.03.2018

"Qarabağ" "Trabzonspor"un futbolçusunu alır

"Trabzonspor" Ramil Şeydayevi sata bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə fotomac.com.tr saytı məlumat yayıb.

Sayt qeyd edib ki, "Qarabağ" "Traözonspor"dan icarəyə götürdüyü Ramilin transfer hüququnu almaq istəyir. Xəbərdə baş məşqçi Qurban Qurbanovun fikirlərinə də yer yerilib: "Mövsümün sonunda bu məsələni müzakirə edəcəyik. "Trabzonspor"un mövqeyi həlledici olacaq".

Bildirilir ki, 22 yaşlı forvardın oyunlarını izləyən "Trabzonspor" rəhbərliyi Ramil istənilən səviyyəyə çatmayacağı halda onun satışına razılıq verəcək.