İdman 21:00 11.12.2018

"Qarabağ" transferi bitirdi: müqavilə müddəti açıqlandı (FOTO)

Reynaldo Silvanın "Qarabağ"la bağlayacağı müqavilənin müddəti açıqlanıb.

Qaynarinfo bu barədə onun hazırda çıxış etdiyi "Aktobe" klubunun sosial şəbəkə hesabı məlumat yayıb.

Bildirilib ki, "Qarabağ" braziliyalı futbolçu ilə 2,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da oynayıb. Bu müddətdə o, 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!