Siyasət 23:28 20.04.2016

Qarabağ üzrə danışıqlar davam edəcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar davam edəcək.

Bu barədə Almaniya XİN-in yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi  Anjey Kaspşiklə görüşüb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması və siyasi danışıqların bərpa olunması zəruriliyi vurğulanıb.

Ştaynmayer qeyd edib ki, status-kvo gələcəyə heç bir zəmanət vermir və vəziyyətin yenidən gərginləşməsinə gətirib çıxara bilər. (oxu.az)

Qaynarinfo.az