İdman 20:35 25.01.2018

“Qarabağ” yenə qalib gələ bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Makedoniyanın "Şkupi” klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

"Qarabağ” – "Şkupi” 0:0

Qeyd edək ki, "Qarabağ” saat 18:30-da Ukraynanın "Mariupol” klubu ilə də hazırlıq.

Ağdam təmsilçisi ilk sınaq matçında "Kuban”la 2:2, digər görüşdə "Lexiya” (Polşa) ilə 1:1 hesablı bərabərliyə razı olub. "Qarabağ” yanvarın 29-da "Sarayevo” (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost”la (Monteneqro) üz-üzə gələcək.