Ölkə 20:23 17.12.2018

Qarabağda erməni əsgəri minaya düşdü

Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb.

Qaynarinfo oxu.az-a istinadən məlumat verir ki, yaralı əsgər Ermənistan DİN-in Yerevandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb.

Hərbi hospitaldan bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.


Xatırladaq ki, artıq bu gün gözündən güllə yarası alan sıravı Rafik Vaqanyan işğal edilmiş Qarabağdan Yerevana çatdırılıb. 

Qeyd edək ki, son üç gün ərzində Qarabağdan Yerevan hospitalına müxtəlif dərəcəli yaralar almış dörd erməni hərbçisi çatdırılıb.