İdman 14:16 02.06.2018

"Qarabağ"dan transfer: ilk legioner gəldi

"Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, Ağdam klubu "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatıb. Bölgə klubundan ayrılan xorvat futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ozobiç əvvəllər Rusiyanın "Spartak" (Moskva), Xorvatiyanın "Hayduk" və "Slaven" klublarında çıxış edib. 2016-cı "Qəbələ"yə transfer olunan 27 yaşlı yarımmüdafiəçi ölkəmizdə 74 rəsmi oyun keçirib və 25 qol vurub. Ozobiç Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və ötən il dəvət aldığı A millidə iki oyuna çıxıb.

Onu da qeyd edək ki, "Qarabağ" "Sumqayıt"dan Cavid İmamverdiyev və "Səbail"dən Rahil Məmmədovla da anlaşıb.