İdman 12:24 03.11.2019

"Qarabağ”ı udmaq üçün lazım olsa, ölməliyik"

"Qarabağ"la oyun bizim üçün çox əhəmiyyətlidi".

Qaynarinfo xəbər verir ki, bu sözləri APOEL-in yarımmüdafiəçisi Draqan Mixayloviç deyib.

Cənubi Kipr klubunun üzvü Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ”la keçirəcəkləri oyunla bağlı danışıb: "Biz bu matçda qələbə qazanmalıyıq. Bunun üçün lazım olsa, meydanda ölməliyik. Hamıya göstərmək istəyirik ki, ən güclü komandayıq".  

Xatırladaq ki, APOEL - "Qarabağ” görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.