İdman 19:00 24.09.2018

"Qarabağ"ın futbolçusu gecə həyatına qurşanıb? (AÇIQLAMA)

"Gecə həyatına qurşanmağıma dair xəbərlər isə boş-boş söhbətlərdi".

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə mətbuatının iddialarına cavab verən "Qarabağ"ın futbolçusu Con Delarj deyib.

Türkiyədə qalmaqallı futbolçu kimi tanınan Con bu xəbərlərin qəsdən yayıldığını bildirib: "Bunu Türkiyə yox, "Bursaspor" mətbuatı yazıb. Özü də məqsədli şəkildə belə xəbərlər yayıblar. Keçmiş komandama hörmətlə yanaşıram. Amma bu cür məlumatlar düzgün deyildi. "Bursaspor"dan gedişimə əsas səbəb maliyyə problemləri oldu. 5-6 aydı maaş almırdıq. Qalan oyunçular bu haqda danışmırdı. Mən isə danışırdım və bu, haqqım idi. 5000 avroyadək borcları hələ də qalıb. Aramızdakı maliyyə probleminə görə orada oynamaq istəmirdim".