Ölkə 13:31 15.10.2017

"Qarabağ"ın futbolçusunun qızının ölüm səbəbi bilindi (FOTOLAR)

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Donald Gerryenin ailəsinə ağır itki üz verib. 

"Qaynarinfo"nun baku.ws-ə istinadən məlumatına görə, futbolçunun azyaşlı qızı ötən gün dünyasını dəyişib. Gerryenin azyaşlı qızının tənəffüz xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğu məlum olub.  

2016-cı ilin aprel ayında dünyaya göz açan Miah Manette Gerrye 1 il 6 aydan sonra ailəsini gözüyaşlı qoyub. 2 yaşı tamam olmamış dünyadan köçən qızcığazın görüntülərini oxucularımıza təqdim edirik: