İdman 15:09 25.01.2022

"Qarabağ"ın oyunu ləğv olundu

Antalyanın Belek bölgəsində yağmış qar səbəbindən "Qarabağ"ın planında dəyişiklik baş verib. 

Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə Çexiya klubu "Bohemians”la yoxlama oyunu baş tutmayacaq.
 
Klublar arasında razılığa əsasən, qarşılaşma hava şəraitinə görə ləğv edilib. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir. 
 
Əlavə edək ki, "Qarabağ" bu gün Polşa komandası "Visla Krakov”la qarşılaşacaq. Bu matçın isə vaxtında dəyişiklik edilib. Görüş əvvəlcədən qeyd edildiyimi kimi 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də baş tutacaq.
 
İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.
 
Səbuhi Həsənov