İdman 09:31 09.09.2018

“Qarabağ”ın qapıçısı Millətlər Liqasında 6 qol buraxdı

İslandiya millisi UEFA Millətlər Liqasına böyükhesablı məğlubiyyətlə başlayıb. 

Qaynarinfo xəbər verir ki, A Liqasının 2-ci qrupunda yer alan skandinaviyalılar ilk turda səfərdə İsveçrənin qonağı olub.  

İslandiya millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Bu oyunda İslandiya millisinin qapısını "Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub. Onu Stiven Tsuber, Denis Zakaria, Cerdan Şakiri, Haris Seferoviç, Albian Ayetinin Admir Mehmedi məyus edib.