İdman 16:51 24.11.2017

"Qarabağ"ın qol silahına Rumıniyadan təklif

Dino Ndlovu "Qarabağ"dan ayrıla bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Afrika mediası məlumat yayıb. 

Bildirilir ki, Dino ilə Rumıniyanın ÇFR klubu maraqlanır. "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı forvard qışda Rumıniyaya üz tuta bilər.

Qeyd edək ki, Ndlovu "Qarabağ"a 2016-cı ilin yayında Cənubi Kiprin "Anortosis" klubundan keçib. O, Ağdam klubunun heyətində keçirdiyi 55 rəsmi oyunda 23 qol vurub.