İdman 14:36 04.08.2019

"Qarabağ"ın sabiq futbolçusu "Neftçi"də

Neftçi" heyətinə daha bir oyunçu qatıb.

Qaynarino xəbər verir ki, Bakı klubu bir müddət əvvəl "Qarabağ"ın müqailə müddətini uzatmaqdan imtina etdiyi Donald Gerye ilə anlaşıb. 

Klub hələlik bununla bağlı rəsmi açıqlama verməyib. Amma Haiti millisinin üzvü Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş ediləcək.

Artıq bəzi statistika saytları da Donald Geryeni "Neftçi"nin futbolçusu kimi təqdim edib.



Qeyd edək ki, Donald Gerye 2017-ci ilin yayında Türkiyənin "Alanyaspor” klubundan "Qarabağ”a keçmişdi. Məlumata görə, Ağdam klubu həmin vaxt onun transferinə 800 min avro xərcləyib. O, "Qarabağ"ın heyətində 64 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.