Foto 22:52 29.03.2019

"Qarabağ"ın sabiq prezidenti klubun düşərgəsində (FOTO)

"Qarabağ"ın sabiq prezidentlərindən olan Yunus İldırımzadə Ağdam təmsilçisinin bazasını ziyarət edib.

Qaynarinfo klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komandanın məşqini izləyən İldırımzadə baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, hazırda "Əmrah Bank"a rəhbərlik edən Y.İldırımzadə 1990-cı illərin sonlarında "Qarabağ"ın prezidenti olub.