Ölkə 23:55 21.02.2019

Qaraçuxurda "Cadillac” yandı

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanğın baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Muxtar Fətəliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış evinin qarajında qeydə alınıb. 

Yanğın nəticəsində qarajda olan "Cadillac” markalı avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə FHN-in iki yanğınsöndürən maşını cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.