İdman 12:51 23.08.2013

Qaret Beylə "Real"dan fantastik maaş

İngiltərə Premyer Liqasında gözəl oyun sərgiləyən “Tottenhem” futbol klubunun və Uels milli yığma komandasının yarımmüdafiəçisi Qaret Beyl İspaniya  “Real Madrid”lə altı illik müqavilə imzalayacaq.

İyirmi dörd yaşılı futbolçunun illik əmək haqqı 10 milyon avro olacaq. Bununla da, Qaret Beyl dünyada sərgilədiyi oyuna görə yüksək əmək haqqı alacaq on futbolçudan biri olacaq.

Qeyd edək ki, Qaret Beylin “Kral klubu”na 99 milyon avroya keçəcəyi bildirilirdi.

Qaynar.info