Dünya 23:31 03.07.2020

Qartal köpək balığını caynağına alıb göyə qaldırdı (VİDEO)

ABŞ çimərliklərindən birində şahidlər qartal ovunun bənzərsiz anını video-qeydə ala biliblər. 

Qaynarinfo xəbər verir ki, yırtıcı quş köpək balığını ovlayıb və onunla birlikdə havaya uçub.

Video Tvitterdə yayımlanıb. 

Şahidlərin dediyinə görə, quş caynağında köpək balığını tutaraq çimərlik üzərində dövrə vuranda balıq qurtulmaq üçün uğursuz cəhdlər edib.

Hadisə Cənubi Karolina ştatının Mertl Biç şəhərində baş verib.
 
Alpər