Qax rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Sarıbaş kəndinə 60 santimetr qar yağıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, ötən gecədən etibarən Şimal-qərb bölgəsinə qar yağmağa başlayıb.
Ən çox yağıntı Sarıbaş kəndinə düşüb.
Kənd sakinlərinin "Report"un bölgə müxbirinə verdiyi məlumata görə, Sarıbaşda qarın qalınlığı hazırda 50-60 santimetr təşkil edir.
Hazırda Sarıbaşda qar yağmaqda davam edir.
Şərhlər