Video 20:13 11.03.2018

Qaxa noxud böyüklüyündə dolu yağdı (VİDEO)

Ötən gün axşam saatlarında Qax və Şəki rayonlarına dolu yağıb.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.

Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.

Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.