Qaydalar açıqlandı - İlk 14 gün evdə keçirilməlidir (VİDEO)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda bildirilir ki, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.
Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır:
"Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır.
Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər