Foto 22:52 10.08.2019

Qazaxda 5 ədəd mərmi tapıldı (FOTOLAR)

Qazax rayonunun Cəfərli kəndi ərazisində 5 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən ANAMA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı olan və 3 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 37 mm-lik top mərmiləri (BR-167) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.