Ölkə 21:53 25.01.2022

Qazaxda qaz partladı, yaşlı kişi və nəvə xəsarət aldı

Qazaxda qaz sızması partlayışa səbəb olub.

Qaynarinfo xəbər verir ki,  hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi, 2008-ci il təvəllüdlü E.Vəliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.