Ölkə 21:07 13.09.2019

Qazaxda torpaq uçqunu baş verib, ölən və yaralanan var

Qazax rayonunda torpaq uçqunu baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qarapapaq kəndində qeydə alınıb. 

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı - 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.