Dünya 18:36 10.01.2022

Qazaxıstanda baş verənlərdə hansısa xarici faktor varsa, bu, yalnız Rusiya faktorudur - Ayrapetyan

"Tokayev deyilən şəxs adi kriminal rus müqəvvasıdır, onun dediklərini həqiqət kimi qəbul etmək olmaz. Əgər bu baş verənlərdə hər-hansı xarici faktor varsa, bu, yalnız Rusiya faktorudur. Bütün bunlar Rusiya tərəfindən Qazaxıstanda "qanuni” yolla qoşun yerləşdirə bilmək üçün təxribatçı addımlardır. Sabah eyni qaydayla Şoyqu deyəcək ki, "Nazarbayevlə  Qazaxıstanda incə əməliyyat keçirdik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Mühafizəkarlar Partiyasının sədri Mikael Ayrapetyan deyib. O, Paşinyanın verdiyi qərarı son dərəcə mənfi qiymətləndirib:

"Şübhəsiz ki, Painyanın qərarı çox pis qərar idi. Ermənistan Rusiyanın intriqasında iştirak etməməliydi və eyni zamanda Rusiyanın qəzəb hədəfinə düşməmək üçün bəzi haqlı bəhanələr tapa bilərdi. Biz KTMT-dən çıxmaq prosesinə çoxdan başlamalıydıq. Güc mərkəzinin mərkəz hücumçusu olmaq üçünsə 200 illik axmaqlıqdan əl çəkməliyik.

Demokratik kimi qəbul edilən Ermənistanın KTMT adı altında Rusiyanın cəza-işğal proqramında iştirak etməsindən Vaşinqtonun narahatlığı tamamilə başa düşüləndir. Biz bu qayğıya görə minnətdarıq və əksinə məyus olmamalıyıq. Amerikanın kəskin narahatlığı bizim hakimiyyət orqanlarına bir az da olsa öz ölkələrinin uzunmüddətli maraqlarını qoruyub saxlamaq üçün əlavə xəbərdarlıqdır. Nə mənim, nə də sizin dərin məlumatımız var, ona görə də biz dəqiq deyə bilmərik ki, hökumətimizin biabırçı davranışları bizim imtina etmək imkanımız olmaması səbəbindən olub, yoxsa yox. Təssüf ki, biz rus işğalçılıq siyasətində iştirak etməyə üstünlük verdik. Əgər belə davam edərsə, o zaman Ermənistan ən azı de-yure suverenliyini qorumaq üçün lazım olan Qərb dəstəyindən tamamilə məhrum olacaq. Bizim vətəndaşların edə biləcəyi maksimum şey sülhməramlılarımızın Qazaxıstandan tam və dərhal çıxarılmasını tələb edərək hökumətə qarşı kampaniyaya başlamaqdır.

Hamı başa düşür ki, reallıqda KTMT yoxdur, amma Putinin imperiya ambisiyalarının direktivi var. 

Heç olmasa indi bizə aydın oldu ki, üç ildir bizim siyasi elita xalqımıza həyasızcasına yalan danışır və aldadaraq bildirir ki, güya onlar Qərb yönümlüdür və anti-Rusiya siyasəti aparan hakimiyyətdir. 

Bu gün Ermənistanın dövlətçiliyini ləğv edən Rusiya 11-ci Qırmızı işğal ordusunun abidələri hələ də şəhərimizin mərkəzindədir.

Heç bir Ermənistan hökuməti Respublika meydanının düz yanında milli ləyaqətimizi təhqir edən Şaumyanın heykəlini yığışdırmayıb. Bir erməni olaraq, təbii ki, belə yeni heykəlin qoyulmasına mən də bu "anti-bazar” proqramı tirajlayan rus agentlərinə qarşı ikrah hissi keçirəcəyəm.

Şübhəsiz ki, xalqımız Anastas Mikoyanın heykəlini, indi isə Ermənistan-Rusiya dostluğu heykəli qoyanları sadəcə axmaq kimi qəbul edir. Bir gün Ermənistan da azad olacaq və o zaman dövlətimizin düşmənlərinin abidələrindən azad edilməsi günü olacaq. Sadəcə, o günə yaxınlaşmaq lazımdır, amma lazımsız macəralar olmadan”.

Telman Qasımov