Qazaxıstanda silah-sursat anbarında partlayış: 46 yaralı var (YENİLƏNİB/VİDEO)

Qazaxıstanda silah-sursat anbarında partlayış: 46 yaralı var (YENİLƏNİB/VİDEO)

Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.
 
Qaynarinfo xəbər verir ki, zərərçəkənlərdən 5-i azyaşlıdır.
 
13.18 
 
Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alan 10 nəfər Arıs şəhər xəstəxanasına yerləşdirilib.

Qaynarinfo Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağırdır. 

Məlumata görə, indiyə qədər 34 nəfər həkimə müraciət edib. Hazırda Arıs sakinləri şəhərdən tamamilə təxliyə olunur.

12.12
 
Qazaxıstanın cənubundaki Türküstan vilayətinin Arıs şəhərindəki silah-sursat anbarında partlayış meydana gəlib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə təhlükəsizlik əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

43 minə yaxın əhalisi olan Arıs şəhərinin evakuasiyasına başlanılıb. Rəsmilərin məlumatına görə, partlayış və yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR