Dünya 10:47 18.02.2020

Qazaxıstanda terror hücumunun qarşısı alındı

Qazaxıstanın paytaxtı Nursultanda terror hadisəsi planlaşdırmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Saxlanılan şəxslərin mənzillərində aparılan axtarış zamanı partlayıcı hazırlanmasında istifadə olunan maddələr tapılıb.

Sözügedən şəxslər terrorçuluğun təbliğində də ittiham olunurlar.

Camal