Dünya 11:55 10.01.2022

Qazaxıstanda terrorçu kimi həbs edilib işgəncə görən qırğız musiqiçi azad edildi

Qazaxıstanın təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinərək saxlanılan Qırğızıstan vətəndaşı və musiqiçi Vikram Ruzaxunov sərbəst buraxılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Vb.kg öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırda Ruzaxunov Bişkekə aparılır.

Bundan əvvəl Qırğızıstanın Xarici İşlər Nazirliyi nota verərək, Qazaxıstan hakimiyyətini qırğızıstanlı musiqiçi Vikram Ruzaxunovu azad etməyə çağırıb.

Eyni zamanda Qazaxıstanda sorğu-sual görüntüləri nümayiş etdirilib, Ruzaxunov ona qonşu ölkədə iğtişaşlarda 200 dollara iştirak etmək təklif edildiyini iddia edir. Musiqiçinin yaxınları onun işgəncələrə məruz qaldığını və öz əleyhinə ifadə verməyə məcbur edildiyini hesab edir.
 
Alpər