Video 12:28 10.01.2022

Qazaxıstanın DTX polkovnikinin də cəsədi tapıldı - Həyətində (VİDEO)

Qazaxıstan paytaxtında Milli Təhlükəsizlik Komitəsinin əməkdaşının cəsədi tapılıb.

Qaynarinfo Sputnik Qazaxıstan-a istinadla xəbər verir ki, polkovnik Əzəmət İbrahimov Nur-Sultandakı evinin həyətində tapılıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Fakt ilə bağlı ibtidai istintaqa başlanılıb. 

Bundan əvvəl Cambul vilayətinin polis rəisi, general Janat Suleymenovun intiharı ilə bağlı xəbər yayılıb. Yerli mətbuatın məlumatına görə, o, məhkəmə ilə hədələndiyinə görə, intihar edib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəni bürümüş iğtişaşlar fonunda DTX sədrinin iki müavinini vəzifəsindən azad edib. Bundan əlavə, yanvarın 5-də prezident DTX rəhbəri Kərim Məsimovu vəzifəsindən azad edib. Daha sonra o, dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. İnu 15 ilə qədər həbs gözləyir.

Alpər