Ölkə 14:03 06.02.2018

Qəbələ 2020-ci il İslam Turizm paytaxtı seçilib

Azərbaycanın Qəbələ şəhəri 2020-ci il İslam Turizm paytaxtı seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın "Twitter” səhifəsində yazılıb.

Bu barədə qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında qəbul olunub.

Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi edəcək.