Foto 11:13 22.10.2020

Qəbələ Səddam Hüseynin istifadə etdiyi reketlə vurulub (FOTOLAR)

"Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

"Ermənistanın Qafan və Cermuk bölgələrindən raketlər atılıb. Çox güman ki, Səddam Hüseynin istifadə etdiyi "SKAD”lardır. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.