Ölkə 19:43 08.09.2017

Qəbələdə güclü külək ağacları evin üzərinə aşırdı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.

"Qaynarinfo" FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb. Əməliyyat saat 16:20-də başa çatıb.

Qaynarinfo.Az