phrase_var_qaynar. 14:23 17.08.2021

"Qəbələ"də yeni sponsor

"Qəbələ” İdman Klubu daha bir sponsorluq müqaviləsi imzalayıb. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, klub Azərbaycanın otel sektorunda liderlərdən sayılan "Qafqaz Hotels&Resorts”la əməkdaşlığa başlayıb. Şirkət əsas komandanın forma arxası sponsoru olacaq. "Qəbələ” və "Qafqaz Hotels&Resorts” arasındakı sponsorluq razılaşmasının müddəti 1 ildir. 

Daha öncə "Qəbələ” İdman Klubu və "Gilan&Knauf” arasında titul sponsorluğu ilə bağlı 1 il müddətinə müqavilə imzalanmışdı. 

Səbuhi Həsənov

Oxşar xəbərlər