Ölkə 14:38 08.09.2017

Qəbələdəki meşə yanğınları tam söndürüldü

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınlar tam söndürülüb.

"Qaynarinfo" xəbər verir ki, bunu Trend-ə FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

O, yanğınsöndürmə əməliyyatlarında FHN-nin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmçinin yanğnsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunub.

Qaynarinfo.Az