İdman 17:54 21.07.2019

“Qəbələ”nin oyununa hakim təyinatları açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" və Tiflis "Dinamo"su arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA Qəbələdə keçiriləcək matçı şotland hakimlərə tapşırıb.

Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan MulvanniCordon Stoko köməklik edəcək. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi belçikalı Hay Hoetals, hakim-inspektor cənubi kkiprli Mixalis Mitas olacaq.

Qeyd edək ki, iyulun 25-də Qəbələdə keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla saat 19:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Tbilisidə olacaq.